Bu gündən yağıntı kəsiləcək, temperatur yüksələcək

11 Fevral 2026 10:27 (UTC+04:00)

Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.