Netanyahu yenə ABŞ-a gedir

11 Fevral 2026 04:03 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahunun bu həftə Vaşinqtona iki günlük səfərinə baxmayaraq, onun fevralın 18-22-də ABŞ-a planlaşdırılan səfəri qüvvədə qalır.

"The Times of Israel" öz mənbələrinə istinadən məlumat yayıb ki, ikinci səfər zamanı Netanyahu fevralın 19-da ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirak edəcək və fevralın 22-də AIPAC (Amerika İsrail İctimai Əlaqələr Komitəsi) konfransında çıxış edəcək.

Mətləb