"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XIX turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra keçirdiyi mətbuat konfransında mühüm fikirlər səsləndirib.
Mütəxəssis son günlər mətbuatda müzakirə olunan "Neftçi" və "Qarabağ" arasındakı oyunun təxirə salınması məsələsinə münasibət bildirib: "Əgər mənə bildirilsə ki, oyun təxirə salınır, oynamayacağıq. Yox təxirə salınmasa, təbii ki, çıxıb öz oyunumuzu oynayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır. Biz onlardan biriyik, qalan 11 komanda isə bizim üçün rəqib sayılır. Mənim üçün hər qarşılaşma eyni dərəcədə önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. Əsas məqsədim hər oyunda qələbə qazanmaqdır və qarşıma qoyulan tapşırıq da məhz bundan ibarətdir".
Mətləb