Qazaxıstan bu ölkələri peyk interneti ilə təmin edəcək

11 Fevral 2026 01:03 (UTC+04:00)

Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanın peyk internetinə çıxış əldə etməsi istiqamətində təşəbbüs irəli sürüb. SİA-nın məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin müavini, rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev Prezidentin iştirakı ilə keçirilən hökumətin geniş iclasında məlumat verib.

Nazir bildirib ki, 2026-cı ildə ölkə üzrə əlavə 1900 kənd optik lifli rabitə ilə təmin olunacaq. Nəticədə növbəti ildə optik lif infrastrukturu ilə əhatə olunan yaşayış məntəqələrinin payı 90 faizdən çox olacaq. Bununla yanaşı, respublika əhəmiyyətli avtomobil yollarının bütün şəbəkəsi rabitə infrastrukturu ilə təchiz ediləcək.

Mətləb