Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb. "Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
27 xala malik "Neftçi" turnir cədvəlində 7-ci pillədədir. "Qəbələ" isə 14 xalla 10-cudur.
Mətləb