Bloqçu avropalı siyasətçiləri tamamilə cəfəngiyat adlandırıb...

10 Fevral 2026 19:05 (UTC+04:00)

...Rusiyanı tərk edən bloqçu İlya Varlamov avropalı siyasətçiləri tamamilə cəfəngiyat adlandırıb və onlarla dialoq aparmaqdan imtina edən Rusiya prezidenti Vladimir Putini başa düşdüyünü etiraf edib.

SİA-nın məlumatına görə, o, bu açıqlamanı jurnalist Stanislav Kuçerlə YouTube-da yayımlanan müsahibəsində edib.

Varlamov bildirib ki, Avropa liderləri arasında yalnız Fransa prezidenti Emmanuel Makron sərt açıqlamaları ilə seçilir. Bloqçunun sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampla debatda iştirak edə və ya Ukrayna münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini ifadə edə bilən yeganə şəxsdir.

...Digərləri ilə müzakirə ediləcək bir şey yoxdur. Bu, hər yerdə tamamilə cəfəngiyatdır. Tamamilə zəif, ifadəsiz siyasətçilər. Məsələn, Avropaya, bütün bu qarışıqlığa baxan və orada sadəcə danışacaq heç kimin olmadığını başa düşən Putini mükəmməl başa düşürəm, - deyə bloqçu əlavə edib. ...Yeri gəlmişkən bir müddət bundan əvvəl Afrikanın cənubunda anklav dövlət olan Lesotoda olan bloqçu yerli sakinlərin Rusiyaya münasibətini də açıqlayıb.

Əli Babayev