"Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib

10 Fevral 2026 14:37 (UTC+04:00)

Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib.

Bu barədə SİA-ya Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.