BVF təmsilçisi Azərbaycanın pensiya təminatı sistemi barədə məlumatandırılıb

10 Fevral 2026 14:30 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordo Azərbaycanda pensiya təminatı sistemində aparılan işlər barədə məlumatandırılıb.

SİA xəbər verir ki, bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb, son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdə, o cümlədən pensiyalarda baş verən ciddi artımlar qeyd edilib.

Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək daha 9,3 faiz artırıldığı, pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub. Sosial təminat sahəsi üzrə son illər yaradılan rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri diqqətə çatdırılıb.

Azərbaycanın əmək bazarındakı inkişaf meyilləri, əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası, icra olunan aktiv məşğulluq proqramları, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi işləri barədə məlumat verilib. Əmək qanunvericiliyindəki son yeniliklər, qadınların məşğulluq imkanlarının artırılması üçün atılan addımlar, gənclərin məşğulluğuna yönəlmiş layihələr qeyd olunub.

Missiya ilə görüşdə Azərbaycan pensiya təminatı sahəsində islahatlara və əmək bazarındakı son yenliklərə dair fikir mübadiləsi aparılıb.