Azərbaycan atleti Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib.
SİA xəbər verir ki, idmançı buna qapalı məkanda keçirilən 42-ci Azərbaycan çempionatında nail olub.
O, böyüklər arasında 200 metr məsafəyə qaçışda 24.64 saniyə nəticə göstərib.