"Son iki ildə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub".
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə iqtisadi artım 5 faiz təşkil edib: "Ümumi Daxili Məhsulun həcmi 123 milyard manatdan 129,1 milyard manata yüksəlib və nəticədə 6 milyard manatlıq əlavə dəyər formalaşıb. Paralel olaraq sosial sahəyə ayrılan vəsaitlər də artırılıb. Son iki ildə sosial xərclər üçün ümumilikdə 32,7 milyard manat vəsait ayrılıb. Onun sözlərinə görə, 2026-cı il üçün sosial yönümlü büdcə xərcləri 17,1 milyard manat nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamı ilə təxminən 1,1 milyon vətəndaşın pensiyası artırılıb".