"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

9 Fevral 2026 23:06 (UTC+04:00)

"Neftçi" Misli Premyer Liqasının XIX turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb. SİA klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, futbolçulardan İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar. "Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Qeyd edək ki, fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.

Mətləb