Azərbaycan səfiri Astana şəhər administrasiyasının rəhbəri ilə görüşüb

9 Fevral 2026 23:30 (UTC+04:00)

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Astana şəhər administrasiyasının rəhbəri (akimi) Jenis Kasımbek hər iki dövlətin paytaxtları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə məlumat Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"dəki hesabında yayılıb. "Görüş zamanı paytaxtlar arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyi qeyd olunub, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

Bundan başqa, tərəflər gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini, habelə Azərbaycan və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərdə iştirakla bağlı məsələləri müzakirə ediblər.

Mətləb