Onlayn alış-veriş bazarında dərman vasitələrinin satışı kifayət qədərdir. Satıcılar kimi, alıcıların da sayı az deyil. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyevin sözlərinə görə, ölkəmizdə həkim tərəfindən təyin edilən dərmanlar elektron resept sisteminə daxil edilən və Nazirlik tərəfindən təhlükəsizliyi təsdiqlənmiş vasitələr olur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, xarici ölkədən internet vasitəsilə sifariş verilən dərman vasitələrinin təhlükəsizliyinə isə zəmanət verilmir və bunun müxtəlif fəsadları ola bilər.