“Qalatasaray”ın yetirməsi “Zirə”də

9 Fevral 2026 18:48 (UTC+04:00)

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Eren Aydını transfer edib. Türkiyəli hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.