Tahir Budaqov Nəsimi Rayon İcra başçısı təyin edilib

9 Fevral 2026 16:53 (UTC+04:00)

Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının bundan əvvəl imzaladığı sənədə əsasən, Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.