Azərbaycan millisi Gürcüstanda ikinci yoxlama oyununu keçirib

9 Fevral 2026 16:05 (UTC+04:00)

Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.

SİA AFFA-ya istinadən xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.