Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib

9 Fevral 2026 14:43 (UTC+04:00)

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 9-da Ali Məclis Cabbar Musayevin Naxçıvan Muxtar Respublikasına Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbul edib.