"Qayıdanda hər birinizi qucaqlayıb öpəcəm" - Maduradan xalqa MÜRACİƏT

8 Fevral 2026 23:15 (UTC+04:00)

Bu ilin yanvarın 3-də ABŞ qüvvələri tərəfindən xüsusi əməliyyat nəticəsində həbs edilərək ABŞ-a aparılan Venesuela Prezidenti Nikolas Maduradan xəbər var. SİA xəbər verir ki, N. Maduronun oğlu Ernesto Maduro Gerra ABŞ tərəfindən atasının oğurlanmasından sonra onunla ilk dəfə telefonla danışıb.

O Maduronun xalqa müraciətini çatdırıb. “Bu gün biz bir ailəyik və qayıdanda hər birinizi şəxsən qucaqlayıb öpəcəyəm”, - Maduro bildirib.

Mətləb