Bu gün Misli Premyer Liqasında 19-cu tura start verilib. SİA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq yekunlaşıb.
Əvvəlcə lider "Sabah" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun saat 16:00-da start götürüb. Qarşılaşma "Sabah"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk dövrədəki oyun 2:2 hesabı ilə başa çatıb.
Günün ikinci matçında "Sumqayıt" "Zirə"ni qəbul edib. Oyunun start fiti saat 18:30-da verilib. Matç "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədəki oyununda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.
Mətləb