...SİA xəbər verir ki, Forbes-ə görə, 2026-cı ildə Milan və Kortina d'Ampezzoda keçirilən Qış Olimpiya Oyunlarında qazanılan medallar tarixdə ən bahalı medal ola bilər - ən azı metal dəyəri baxımından...
Qızıl və gümüşün qiymətləri son aylarda xeyli artıb, ona görə də medallarından imtina etmək qərarına gələn idmançılar nəzəri olaraq bazarda xeyli məbləğ əldə edə bilərlər.
Gümüş hazırda 2024-cü ildə Parisdə keçirilən Olimpiadadakından təxminən üç dəfə, qızıl isə təxminən iki dəfə bahadır, yəni bu ilki medalların dəyəri xeyli artacaq.
Olimpiya təşkilatçılarının bildirdiyinə görə, qızıl medallar tamamilə qızıldan hazırlanmır - onlar təxminən 500 qram gümüşdən ibarətdir və 6 qram qızılla örtülür, gümüş medallar isə 500 qram gümüşdən hazırlanır.
...Oxford Economics-in aparıcı iqtisadçısı Stiven Hare Forbes-ə bildirib ki, 2026-cı ildə Milan-Kortina Olimpiadası üçün qızıl medal təxminən 1940 dollar, gümüş medal isə təxminən 1000 dollar dəyərində ola bilər.
Bu hesablamalar şirkətin 2026-cı il üçün proqnozlarına əsaslanır: qızılın unsiyası üçün 4690 dollar və gümüşün unsiyası üçün 64 dollar.
Nəşrin hesablamalarına görə, Milan və Kortina medallarının proqnozlaşdırılan qiyməti əvvəlki 2022-ci il Qış Olimpiya Oyunlarının qiymətindən xeyli yüksəkdir: o vaxtlar Oxford Economics qızıl medalın dəyərini təxminən 700 dollar, gümüş medalın dəyərini isə təxminən 350 dollar olaraq
qiymətləndirirdi.
Əli Babayev