Gürcüstan belarusları ölkədən qovur...

8 Fevral 2026 18:34 (UTC+04:00)

...Rus, belarus və ingilis dillərində nəşrlər dərc edən Belarusun müstəqil xəbər agentliyi olan “Pozirk”in yazdığına görə, Gürcüstan 2025-ci ildə altı Belarus vətəndaşını ölkədən çıxarıb.

SİA-nın məlumatına görə, gürcülərin qovduqları belarusların hamısı kişidır.

Üçü 26 ilə 40 yaş arasında, ikisi 18 ilə 25 arasında, biri isə 41 ilə 65 arasında...

Üçüncü rübdə dörd belaruslu, birinci və dördüncü rüblərdə isə hər biri bir nəfər qovulub.

Keçən il Gürcüstan hakimiyyəti (Rusiyapərəst oliqarx Bidzina İvanişvilinin partiyası ölkəni 2012-ci ildən bəri idarə edir –A.B.) 73 Rusiya vətəndaşı da daxil olmaqla 1311 əcnəbini ölkədən çıxarıb.

Belaruslular bunların 0,46 faizini təşkil edir.

Gürcüstan 2020-ci ildə və sonralar hazırkı rejim altında təqiblərdən qaçan belaruslular üçün əsas təyinat ölkələrindən birinə çevrilib.

Eyni zamanda, yerli hakimiyyət orqanları onların bütün sığınacaq müraciətlərini rədd edib.

Belarus vətəndaşları bəzən narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə bağlı Gürcüstan polisinin hesabatlarında görünürlər.

Əli Babayev