...ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah satışına yanaşmasını dəyişdirəcək bir sərəncam imzaladı. Artıq prioritet fərqli qaydalarla müəyyən ediləcək.
SİA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.
Bu andan etibarən Amerika silahlarının alınmasında prioritet yüksək müdafiə xərcləri və regionlarında strateji əhəmiyyəti olan ölkələrə veriləcək.
Reuters qeyd edir ki, Trampın "Amerika üçün Silah Transferlərinə Prioritet Vermə Strategiyası"nı müəyyən edən sərəncamı ABŞ silah satışı siyasətində əhəmiyyətli bir dəyişikliyə işarə edir.
Agentlik yazır ki, “Bu, federal agentliklərə özünümüdafiə imkanlarına böyük sərmayə qoymuş və mühüm mövqelər tutan və ya əsas coğrafi bölgələrdə yerləşən tərəfdaşlara xarici hərbi satışları prioritetləşdirməyi tapşırır”.
Bu addım Amerika silahlarının müttəfiqlərə çatdırılmasını sürətləndirmək və daxili istehsal gücünü genişləndirmək üçün xarici satınalmalardan istifadə etmək məqsədi daşıyır.
Ağ Evin bəyanatında deyilir: "Gələcək silah satışları, Amerika istehsalı və qabiliyyətini artırmaq üçün xarici satınalmalardan və kapitaldan istifadə etməklə Amerika maraqlarına üstünlük verəcək".
Sərəncamda konkret ölkələrdən bəhs edilmir, lakin məlum olduğu kimi, NATO liderləri 2025-ci ildə ABŞ-ın yeni meyarlarına cavab verən 2035-ci ilə qədər ÜDM-in 5 faizi məbləğində yeni xərc hədəfini dəstəkləyiblər.
Yeri gəlmişkən, onilliklər ərzində ABŞ silah satışları əvvəllər növbə ilə həyata keçirilirdi. Bu, yalnız əhəmiyyətli maneələr aradan qaldırıldıqdan və müəyyən bir ölkəyə üstünlük verildikdən sonra dəyişdirilə bilərdi. Ağ Ev əlavə edib ki, əvvəlki yanaşma istehsal və çatdırılma gecikmələrinə səbəb olub, çünki sifarişlər ABŞ-ın istehsal gücü ilə uyğun gəlməyib.
Əli Babayev