Azərbaycan parabadmintonçuları dünya çempionatında iki kateqoriya üzrə mübarizə aparacaqlar

8 Fevral 2026 15:07 (UTC+04:00)

Azərbaycan parabadmintonçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar.

SİA Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, kişilər arasında İbrahim Əliyev (SU-5) fərdi yarışda qüvvəsini sınayacaq.

Qadınlardan isə Zəhra Salmanlı və Nərmin İsgəndərova (hər ikisi SH-6) həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar.

Qeyd edək ki, fevralın 8-dən 14-dək davam edəcək yarışda paralimpiyaçılarımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.