Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

8 Fevral 2026 14:05 (UTC+04:00)

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Sulutəpə dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, sıxlıq olan istiqamətlərdə nəqliyyatın intensivliyini artırmaq məqsədilə zəruri tədbirlər görülür.

Hazırda paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan istiqamətlər aşağıdakılardır:

• Bakı-Sumqayıt şosesi Sumqayıt;

• Tbilisi prospekti, Sumqayıt;

• Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;

• Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;

• Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətləri.