Netanyahu gələn həftə Vaşinqtona gedir

8 Fevral 2026 04:03 (UTC+04:00)

İsrail Baş naziri Benyamin Netanyahu fevralın 11-i ABŞ-a səfər edəcək. SİA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Ofisdən bildirilib ki, istənilən danışıqlara İranın ballistik raket arsenalının məhdudlaşdırılması və İran oxuna (Yaxın Şərqdə Tehranla müttəfiq olan qüvvələrə) dəstəyin dayandırılması mövzuları daxil edilməlidir.

Mətləb