Ermənistanda əsgər meyiti tapılıb

7 Fevral 2026 22:45 (UTC+04:00)

Ermənistanda əsgər ölümü qeydə alınıb. Məlum olub ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçinin meyiti tapılıb. Ermənistan müdafiə nazirliyi bu barədə açıqlama verib."7 fevral tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbçi Davit Armenoviç Manukyanın meyiti aşkar edilib", - məlumatda qeyd olunub. Hadisə ilə bağlı araşdırma başladılıb.

Mətləb