“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

7 Fevral 2026 19:08 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

SİA xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, Balabəy Ağayev yarımfinalda israilli İzhak Aşpizə qalib gələrək karyerasında üçüncü dəfə Paris “Böyük Dəbilqə”sinin final mərhələsinə yüksəlib.