Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb

7 Fevral 2026 15:18 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 16,225 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,7 % azdır.

Hesabat dövründə Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 9,7 % artaraq 1,342 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 131,285 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,5 % çox), Almaniya 108,872 milyon ABŞ dolları (2,5 % çox) və ABŞ 83,015 milyon dolları (44,2 % çox) dəyərində həyata keçirib.