Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının gənc əməkdaşları arasında II GİNius intellektual yarışının açılış mərasimi olub.
SİA xəbər verir ki, məraaimdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov yarış haqqında, onun ənənə alması haqqında məlumat verib.
O, yarışın böyük final mərhələsinin may ayında olacağını da qeyd edib.
Daha sonra yarışa start verilib.
Məlumat üçün bildirək ki, yeddi turdan ibarət yarışmada hər komanda da beş iştirakçı olur.
Yarış hər birində 20 komanda olmaqla iki turda keçirilir.
Hər turda ən çox xal toplayan 10 komanda yarımfinala keçəcək.
Yarımfinalda isə ən yaxşı nəticə göstərənlər finalda mübarizə aparmaq imkanı əldə edəcəklər.