Şəmkirdə evdən qadın meyiti tapılıb

7 Fevral 2026 09:27 (UTC+04:00)

Şəmkirdə evdən meyit tapılıb.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z. Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.