Masallıda iki "Mersedes" toqquşub, bir sürücü ölüb

7 Fevral 2026 00:05 (UTC+04:00)

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Masallı şəhərinin Dadva məhəlləsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadə idarə etdi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan hər iki sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırilıb.

Vəziyyəti ağır olan Q.Fətullayev daha sonra Masallıdakı özəl klinikalardan birinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. V.Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb