Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil 1947-ci il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Vəziyyəti ağır qiymətləndirilən Qardaş Fətullayev daha sonra Masallı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada dünyasını dəyişib.
Digər sürücü Vəli Hətəmzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.