Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllim əməliyyat olunub.
Bu barədə SİA-ya Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadının üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.
"Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - məlumatda bildirilib.