...Yeni Lynk & Co 08 Ginnesin Rekordlar Kitabına daxil edilib. Elektrikli hibrid krossover elektrik rejimində 293 km məsafə qət edib.
SİA xəbər verir ki, Focus-a görə, Lynk & Co 08-in nailiyyəti rekorddur, çünki heç bir elektrikli hibrid benzin mühərrikini işə salmadan bu qədər məsafəni qət edə bilməyib.
Rekord qıran yarış Meksikadakı Centro Dinamico Pegaso sınaq meydançasında baş tutub və altı saatdan çox davam edib.
Lynk & Co 08 krossoveri elektrik enerjisi ilə saatda 50-60 km sürətlə hərəkət edib.
Müstəqil ekspertlər telemetriya vasitəsilə avtomobili izləyiblər və benzin mühərrikinin işə düşmədiyini təmin ediblər.
Yürüşdən sonra nailiyyət Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən qeydə alınıb.
Yeni Lynk & Co 08, Geely və Volvo tərəfindən hazırlanmış premium elektrikli hibrid krossoverdir. 4,8 metr uzunluğundakı avtomobil 1,5 litrlik turbomühərrikli benzin mühərriki və elektrik mühərrikləri olan elektrikli hibrid sistemlə təklif olunur.
Rekord göstəriciyə 346 at gücündə ön təkərli versiya nail olub. O, 39,6 kVt/saat batareya ilə təchiz olunub və 200 km məsafə qət edə bilir.
585 at gücündə tam ötürücülü versiya da mövcuddur.
Nazlı Almuradova