Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Tərtər rayonunda vətəndaşları qəbul edib.
SİA Komitəyə istinadən xəbər verib ki, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tərtər, Bərdə və Naftalan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.