Regional sabitliyin və inkişafın açarı - MƏQALƏ

6 Fevral 2026 13:01 (UTC+04:00)

Azərbaycan–Ermənistan arasında sülhün bərqərar olunması təkcə iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Uzun illər davam etmiş münaqişə regionda təhlükəsizlik risklərini artırmış, iqtisadi inkişafı ləngitmiş vəəməkdaşlıq imkanlarını məhdudlaşdırmışdır. Bu baxımdan, post-münaqişə dövründə sülh gündəliyinin önplana çıxması yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırır.​​2020-ci ildə Vətən müharibəsindən sonra regionda tamamilə yeni vəziyyət yarandı. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraqərazi bütövlüyünü bərpa etdi və bununla da uzun illərdavam edən münaqişəyə hərbi-siyasi nöqteyi-nəzərdən son qoyuldu. Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan etdiki, məqsəd yalnız hərbi qələbə deyil, davamlı və dayanıqlı sülhün təmin olunmasıdır. Məhz bu mərhələdən etibarənAzərbaycan Prezidenti İlham Əliyev sülh təşəbbüsləri iləçıxış edərək regionda qarşıdurma yox, əməkdaşlıq modelini təklif etdi. Prezidentin irəli sürdüyü beş əsas prinsip – dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, bir-birinə qarşı ərazi iddialarından imtina, kommunikasiyaların açılması və diplomatik münasibətlərin qurulması – sülh prosesinin əsas çərçivəsini təşkil edir.​ Prezident İlham Əliyevin sülh istiqamətində gördüyü işlər yalnızAzərbaycan–Ermənistan münasibətləri ilə məhdudlaşmır, daha geniş regional inkişaf strategiyasına əsaslanır. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, Cənubi Qafqaz qarşıdurma bölgəsi deyil, əməkdaşlıq, nəqliyyat və enerji qovşağına çevrilməlidir. Bu siyasətin əsas elementlərindən biri regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Zəngəzur dəhlizi ideyası təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni bərpa etmək deyil, eyni zamanda Türkiyə, Rusiya, İran və bütövlükdə Avrasiya üçün yeni iqtisadi imkanlar yaratmaq məqsədi daşıyır. Bu dəhliz regionun tranzit potensialını artırmaqla yanaşı, ticarətin, investisiyaların və logistikanın inkişafına güclü təkan verə bilər.​ Azərbaycan–Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsasını qoya bilər. Sabitlik isə öz növbəsində iqtisadi inkişaf üçün vacib şərtdir. Münaqi şərisklərinin aradan qalxması regionu beynəlxalq investorlar üçün daha cəlbedici edəcək, yeni layihələrin həyatakeçirilməsinə şərait yaradacaq.​Azərbaycan bubprosesdə özünü konstruktiv və məsuliyyətli tərəf kimi təqdim edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması regionunbütün ölkələrinin maraqlarına cavab verir. İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi mövqelər göstərirki, Azərbaycan revanşizmə deyil, gələcəyə baxan siyasətyürüdür. Nəticə etibarilə, Azərbaycan–Ermənistan sülhü yalnız iki dövlət arasında münasibətlərin normallaşması deyil, Cənubi Qafqazın geosiyasi taleyini dəyişə biləcək tarixi fürsətdir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti bu prosesin əsas hərəkətverici qüvvələrindən biridir. Sülh, əməkdaşlıq və inkişaf konsepsiyasına əsaslanan bu yanaşma regionu uzun illər davam etmiş qarşıdurma zonasından rifah və tərəqqi məkanına çevirmək potensialına malikdir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.