Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə, 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.