Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçiriləcək.
SİA-nın məlumatına görə, bu gün B qrupunda "Naxçıvan" klubu "Ordu" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Naxçıvan" B qrupunda 27 xalla ikinci pillədə qərarlaşıb. "Ordu" 29 xalla qrupun lideridir.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.