Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko cümə axşamı Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşün yekunlarına dair açıqlamasında mühüm açıqlamalar səsləndirib. O qeyd edib ki, İrəvan müvafiq dəvət göndərərsə, Rusiya Ermənistandakı parlament seçkilərinə müşahidəçi göndərməyə hazırdır. Onun sözlərinə görə, görüşdə digər məsələlərlə yanaşı, seçkilərə müşahidəçi göndərmək də müzakirə olunub.
"Biz Ermənistanın firavan olmasını, ölkədə sabit siyasi vəziyyətin hökm sürməsini arzulayırıq, çünki erməni xalqı ilə əlaqələrimizi çox əziz tutur və müsbət qiymətləndiririk", - Matviyenko deyib.
Mətləb