İstanbulun "Qalatasaray" klubu daha bir transfer reallaşdırıb. SİA istanbul klubunun rəsmi açıqlamasına istinadən xəbər verir ki, "sarı-qırmızılar" Qvineya-Bisau millisinin üzvü Renatu Nyaqanın keçidini rəsmiləşdirib.
Portuqaliyanın "Kaza Pia" klubunun yetirməsi olan və bu komandanın tarixində ən gənc debütant kimi adını yazdıran 18 yaşlı futbolçu üçün İstanbul klubu 6,5 milyon avro təzminat ödəyib. Tərəflər 4,5 illik müqavilə imzalayıblar. Qeyd edək ki, gənc futbolçu cari mövsümdə keçirdiyi 21 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb