“Sabah” Qabon millisinin hücumçusunu transfer edib

5 Fevral 2026 18:42 (UTC+04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Patrik Orfe Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalye” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.