...ABŞ prezidenti Donald Tramp hesab edir ki, İran ötən il ABŞ və İsrailin hava hücumlarından sonra nüvə proqramını yenidən başlatmağa cəhd edə bilər.
SİA xəbər verir ki, o, bu barədə NBC News-a verdiyi müsahibədə bildirilib.
İyun ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi əmr edən Ağ Ev prezidenti ABŞ-ın əlavə hərbi əməliyyatlar keçirməsinin mümkünlüyünü istisna etməyib.
Bir müxbirin İranın ali liderinin "narahat olmalı" olub-olmadığı barədə sualına Tramp "çox narahat olmalıdır" cavabını verib və əlavə edib ki, Tehran hazırda Vaşinqtonla danışıqlar aparır.
ABŞ prezidenti İranın nüvə proqramını yenidən başlatmaq cəhdləri barədə eşitdiyini, lakin detalları açıqlamadığını bildirib. Tramp vurğulayıb ki, nüvə fəaliyyətləri bərpa olunarsa, ABŞ yenidən güc tətbiq etməyə hazırdır.
Bu arada, çərşənbə günü ABŞ və İran rəsmiləri yüksək səviyyəli danışıqların cümə günü Omanda keçiriləcəyini təsdiqləyiblər.
Əsas mövzuların İranın nüvə proqramı ilə yanaşı, digər təhlükəsizlik məsələlərini də əhatə etməsi gözlənilir.
Əli Babayev