Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edib

5 Fevral 2026 16:31 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edib.

SİA xəbər verir ki, qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.