Naxçıvanın yüksək dağlıq ərazilərində 90 santimetrədək qar qeydə alınıb - FOTOLAR

5 Fevral 2026 15:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39, Biçənək ərazisində isə 24 santimetr təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində qarın hündürlüyü 35, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 santimetr qeydə alınıb.

Qeyd edək ki, hazırda yağıntılar dayanıb.