"Xankəndi" klubu "Qarabağ"ın yetirməsini transfer edib

5 Fevral 2026 14:57 (UTC+04:00)

Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" futbol klubu heyətini yeni hücumçu ilə gücləndirib.

SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın yetirməsi olan Mirmövsüm Caniyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçunun son klubu "Baku Sportinq" olub.