Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - Nazir

5 Fevral 2026 13:49 (UTC+04:00)

Azərbaycan strateji nəqliyyat marşrutlarını - Orta Dəhlizi və Zəngəzur dəhlizini fəal şəkildə inkişaf etdirir, beynəlxalq tədarük zəncirlərində və regional qarşılıqlı əlaqədə rolunu gücləndirir.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.