"Azərbaycan-Ermənistan sülhündə ABŞ-ın rolu əhəmiyyətlidir" - ŞƏRH EDİLDİ

5 Fevral 2026 13:44 (UTC+04:00)

"Əbu-Dabidə “Zayed İnsan Qardaşlıq Mükafatı”nın təqdimatı ilə bağlı keçirlmiş mərasimdə Prezident İlham Əliyev etdiyi çıxışda Azərbaycanla Ermənistan arasında real sülhün yaranmasına görə prezident Donald Trampa təşəkkür etməsi Vaşinqtonun sülh prosesində oynadığı rolun əhəmiyyəti ilə bağlıdır".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət başçılarının əvvəllər də müxtəlif məkanlarda çoxlu görüşləri olmuşdu. Amma sülh gündəliyi reallaşmırdı: "ABŞ-da prezident Trampın şahidliyi ilə imzlanan sazişlər regionumuza defakto sülh gətirib və artıq 6 aydan çox bir müddətdə sülhün nə olduğunu hiss etməyə başlamışıq. Məhz 8 avgust Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında baş tutan dialoqlar sülh gündəliyin möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişləndirlməsi üzərində qurulur. Bu prosesdə ABŞ-ın xüsusi rolu olmuşdur.

Vaşinqton görüşü həm də Azərbaycan-ABŞ münasibətlərində də bir dönüş nöqtəsi oldu. Çünki, Bayden-Blinken administarasiyası Azərbaycana qərəzli münasibət bildirdiyindən ölkələrimiz arası əlaqələr tarixin minimumuna enmişdi. Tramp isə reallıqları düzgün dəyərləndirə bilir və regionun 1 nömrəli ölkəsi olan Azərbaycanla Strateji münaisbətlərin inkişaf etdirlməsinə böyük dəyər verdi. Ölkələrimiz arasnda yaradılmış komisiyalar Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzərində işləyirlər. 8 avgustdan sonra nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri intensivləşib və ikitərəfli münasibətləroin daha da dərinləşdirlməsi ilə bağlı müzakirələr aparılır.

Azərbaycan ABŞ-la münasibətləri strateji xarakter daşıyır. Biz uzun illıərdir ki, enerji sahəsində əməkdaşlıq edirik. Son vaxtlar isə qeyri-neft sektoru üzrə də əməkdaşlığımız genişlənməkdədir. Bu, iqtisadi ələaqlərimizi daha da dərinləşdirir. Biz həm də hərbi sahədə əməkdaşlıq edirik. Azərbaycan və ABŞ NATO proqramları çərçivəsində bir sıra hərbi təlimlər və proqramlar həyata keçirir. 8 avgust Vaşinqton görüşündən sonra Azərbaycan ABŞ əlaqələri daha da genişləndirilərək süni intelekt və müasir texnologiyalar sahəsində inkişaf etdirilməsi razılaşdırılmışdır. Azərbaycan ABŞ ilə əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır. ABŞ-ın regiondakı rolunun artırılması, xüsusən də sülh prosesinin dəstəklənməsi və münaqişələrin həlli istiqamətində səmərəli vasitəçilik etməsi, Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edir".