Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

5 Fevral 2026 13:21 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə ölkə çempionatı keçiriləcək.

SİA federasiyaya istinadən xəbər verir ki, yarış fevralın 6-7-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Turnirdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən ən güclü atletlər mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 6-da, saat 16:00-da keçiriləcək.