Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.
SİA-nın Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.