Masallı rayonunun Xırımdalı kənd orta məktəbində yanğın qeydə alınıb. Yanğın məktəbin otaqlarından birində başlayıb. Təhlükəsizlik məqsədilə bütün şagirdlər və müəllim heyəti dərhal məktəb binasından təxliyə olunub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın zamanı məktəbin bir neçə otağına ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.